Toral Bayramov: "İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik"

13:48 - 10 Sentyabr 2025

Milli komandamızın üzvü Toral Bayramov Sportal.az saytına açıqlama verib.

O, yığmamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə 1:1 hesabı ilə bərabərə qalmalarını şərh edib: "Düşdüyümüz vəziyyət hər kəsə məlum idi. Çox pis vəziyyətdəydik. İslandiyaya çox pis hesabla uduzduq. Amma buna baxmayaraq, ruhdan düşmədik. Məşqçi dəyişiklikləri oldu. Son 3-4 gündə futbolumuza mane olacaq hər şey oldu da. Amma Ayxan Abbasovun da köməyi ilə uşaqlarla yığışdıq. Hesabı heç kim fikirləşmirdi. Birinci məqsədimiz xalqımız, bayrağımız üçün vuruşmaq idi. Düşünürəm ki, əlimizdən gələni yox, əlimizdən gəlməyənləri də etdik. Biz buyuq. Oyunumuzu daha da yaxşılaşdırıb, bu mübarizə ilə daha yaxşı uğur qazana bilərik".

O, penaltini özünün deyil, Emin Mahmudovun yerinə yetirməsinə də aydınlıq gətirib: "Açığı, penaltini vurmaq istəyirdim. Amma Emin Mahmudov qol vuracağı təqdirdə, tarixə düşəcəkdi. Qurban Qurbanovla qolarının sayı eyni idi. Xatırlayırsız, bir dəfə belə problem yaşanmışdı. Amma azərbaycanlıyıq, elə problemlər yaşanmasın. Əsas odur ki, qol oldu, yaxşı nəticə alındı. Emin millidə 15 qol vurub. Əslində, bu, elə də çox qol deyil. Məqsədim qol sayında hamını elə özüm keçim".

Mirbağırağa

Xəbər xətti