İspaniya millisində də oynamış Serxio Reqillon karyerasını Rusiyada davam etdirə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ÇSKA-nın maraq dairəsindədir.
Moskva təmsilçisi ispanın keçidini həll etmək niyyətindədir. Hazırda azad agent statusuna malik olan futbolçunun Rusiya klubuna keçib-keçməyəcəyi özündən asılı olacaq.
“Real”, “Loqrones”, “Sevilya”, “Tottenhem”, “Atletiko”(Madrid), “Mançester Yunayted”, “Brentford” klublarında oynayıb.