Milli komandamızla bağlı şok iddia yayılıb.
Sportal.az xəbər verir ki, polşalı jurnalist Piotr Slomka şəxsi teleqram səhifəsində yığma komandamızın Fransa ilə Polşaya gələn vaxtı baqajlarının itdiyi xəbərlərini tirajlayıb.
Məsələnin əsası isə fərqlidir. Milli komandanın və təyyarədə yer alan heç kimin baqajı itməyib.
Belə ki, çarter reysi ilə Parisdən Krakova uçan təyyarənin kiçik olduğu öncədən bildirilib və əşyaların növbəti saatlarda Polşaya çatdırılacağı xəbəri verilib.
Gecə yarısı da deyilənlər yerinə yetirilib və çantalar Krakova çatdırılaraq, sahiblərinə paylanılıb.
saytlarin hazirlanmasi
