"Mançester Siti"ni "Aston Villa"ya dəyişə bilər

00:00 - 30 Noyabr -0001

Xorvatiya millisinin yarımmüdafiəçi Mateo Kovaçiç yaxın vaxtlarda "Mançester Siti"dən ayrıla bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun transferi ilə Premyer Liqanın iki klubu "Vest Hem" və "Aston Villa" maraqlanır.

Kovaçiçin “şəhərlilər”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, "Mançester Siti"yə 2023-cü ilin yayında keçmişdi.
 

Xəbər xətti