"Napoli"nin müdafiəçisi "Qalatasaray"ın hədəfində

15:05 - 28 Oktyabr 2025

"Qalatasaray" heyətini müdafiəçi ilə gücləndirmək istəyir. 

Sportal.az "Tuttosport"a istinasən xəbər verir ki, Türkiyə çempionu " Napoli"nin futbolçusu Amir Rahmmanini heyətinə qatmağı planlaşdırır. 

İstanbul klubunun rəsmiləri kosovolu oyunçu üçün artıq hərəkətə keçib. 31 yaşlı futbolçunun keçidinin mövsümün sonunda baş tutacağı gözlənilir. 

Amir "Dreniça", " Partizani", "RNK Split", "Dinamo" (Zaqreb), "Lokomotiva" (Zaqreb), "Verona"da oynadıqdan sonra 2020-ci ildə "Napoli" yə keçmişdi. Onyn müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.

Xəbər xətti