"Bavariya" mənimlə maraqlanırdı, amma uşaqlarımın xeyrinə "Betis"i seçdim"

00:11 - 19 Noyabr 2025

Antoni yayda onun “Bavariya” tərəfindən transfer edilmək istənməsini xatırlayıb.

Sportal.az xəbər verir ki, transfer pəncərəsi bağlanmazdan əvvəl Münhen klubu “Mançester Yunayted”ə 30 milyon avro təklif etmişdi. Vinger Alman klubunun təklifini rədd edib və əvvəlki mövsüm icarə əsasında oynadığı “Betis”ə keçib.

“Transfer pəncərəsi ertəsi gün saat yeddi və ya səkkizdə, ya da gecə yarısı bağlanırdı. Və həmin son gün, “Betis”lə işlər yaxşı gedəndə, mənə “Bavariya”dan zəng gəldi.

Düzünü deyim, bu məni çox təsirləndirdi. Danışırıq dünya nəhəngi olan Münhen “Bavariya”sından, orada belə tarixçəsi olan məşqçi işləyir. Kompani mənə zəng etdi, söhbət etdik. O, inanılmaz dərəcədə nəzakətli idi, həmişə oyunumu çox bəyəndiyini dedi. Bu, gecə saat 11 və ya bir az sonra idi.

Və bu məni təsirləndirdi, bəyənəsiniz ya yox. Klubun böyüklüyü, məşqçinin böyüklüyü, onun mənə münasibəti, mənimlə danışıq tərzi buna səbəb oldu.

Amma mən ailə adamı olduğum üçün bu, qərarımda ciddi rol oynadı. Məsələ uşaqlara qayğı göstərmək idi. Lorenso bu şəhəri çox sevir, Braziliyadakı tətilimiz zamanı heç nə bilmədən davamlı soruşurdu: “Ata, biz İspaniyaya nə vaxt qayıdacağıq?” – deyə “Betis”in vingeri bildirib.

Xəbər xətti