Fernandu Santuşun istefaya göndərilməsindən sonra milli komandanın başına keçən Ayxan Abbasov qısa müddətdə müəyyən işlər görməyə nail oldu.
Onun rəhbərliyi altında çıxdığı 5 matçda yığmamız döyüşkən futbol sərgilədi. Cəmi bir xal qazanılsa da, rəqiblərin güclü, vaxtın isə az olmasını nəzərə alsaq, Abbasovun millinin hazırkı potensialından maksimum yararlandığını deməliyik.
Hazırda ictimaiyyəti düşündürən sual var - qarşıdan gələn Millətlər Liqasında millimizi Ayxan Abbasov, yoxsa başqa mütəxəssis çalışdıracaq?
Sportal.az saytına açıqlama verən Ayxan bəy hələ ki bu məsələdə yekun qərarın verilmədiyini dedi:
"İcraiyyə Komitəsinin iclasında hesabat vermişəm. Rövşən Nəcəf də millinin döyüşkənliyini qeyd edib. Amma gələcəklə bağlı yekun qərar yoxdur. Əvvəldən də danışıq belə olmuşdu ki, seçmə mərhələnin oyunları bitəndən sonra bu məsələylə bağlı ayrıca görüş keçiriləcək. Məhz həmin görüşdən sonra AFFA ictimaiyyətə qərarını açıqlayacaq".
saytlarin hazirlanmasi
