Darvin Nunes "Əl-Hilal"da ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss etmir. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Nunes tezliklə ərəb ölkəsini tərk etmək niyyətindədir. Argentinanın "River Pleyt" klubu 26 yaşlı forvardla maraqlanır.
Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi mövsümün əvvəlində "Liverpul"dan 53 milyon avroya transfer edib. Ulduz futbolçu komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
