"Sabah"da yeni təyinat baş tutub.
Sportal.az saytına verilən məlumata görə, futbol akademiyasına fiziki hazırlıq üzrə yeni məşqçi dəvət edilib.
Bundan sonra akademiyada Steven Cons adlı mütəxəssis çalışacaq.
İngiltərəli məşqçi akademiyada komandaların fiziki hazırlığına cavabdeh şəxs olacaq.
O, Azərbaycana gələnə qədər müxtəlif klub və akademiyalarda işləyib.
Cons “Midlsboro”(U-18), “Stokport”, “Əl-Əyn”, “Zenit”, “Bolton”, “Mahd akademiyası”nda çalışıb.
Mirbağırağa
saytlarin hazirlanmasi
