Azərbaycanlı yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə Naxçıvan Gənclər və İdman Nazirliyi məlumat yayıb. 14 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.

Vəli iyunun 18-də muxtar respublika birinciliyində qızıl medal qazanmışdı.