Premyer Liqa klubu futbolçunu satmaq istəməsə də, "Çelsi" 60 milyon funt ödəməyə hazırdır

23:51 - 21 İyul 2026

"Bornmut" Aleks Skotti "Çelsi"yə satmaq istəmir.

Sportal.az xəbər verir ki, London klubu 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon funt sterlinqdən çox ödəməyə hazırdır. Lakin "albalılar" futbolçunu buraxmaq niyyətində olmadıqlarını qarşı tərəfə bildiriblər.

Qeyd edək ki, Skott ötən mövsüm Premyer Liqada 37 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti