Mourinyo Vinisiusun komandadan ayrılmasını istəmir - vinger hələ qərar verməyib

22:52 - 25 İyul 2026

Joze Mourinyonun rəhbərlik etdiyi "Real" yay transfer pəncərəsində Vinisius Juniorun komandadan ayrılmasını istəmir.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyinə əsas heyətin aparıcı oyunçularının qorunmasının vacibliyini bildirib. O, xüsusilə Vinisius Junior, Kilian Mbappe və CU=ud Bellingemin komandada qalmasının tərəfdarıdır.

Bundan əvvəl "Arsenal"ın Vinisiusla maraqlandığı barədə məlumat yayılmışdı. Lakin hazırda “Real”ın baş məşqçisi braziliyalı cinah oyunçusunun satılmasına razı deyil.

Qeyd edək ki, Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Xəbər xətti