"Xəzər Lənkəran" gürcü klubu ilə bacarmadı

01:44 - 14 İyul 2013

"Ağ-yaşıllar" meydandan bərabərliklə ayrıldı

 

Gürcüstanda təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın əvəzedici komandası ötən gün ilk yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, yerli "Adeli" (Batumi) klubunun əvəzediciləri ilə qarşılaşan təmsilçimiz meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
 
Lənkəran təmsilçisi 65-ci dəqiqədə Cavid Bağırovla önə keçsə də, Batumi klubu 89-cu dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Xəbər xətti