"Sabah" - "Qarabağ" oyunu təxirə salındı

21:24 - 3 Noyabr 2026

Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti, klubların razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə Əvəzedicilər Liqasının 9-cu turunun 8 noyabrda baş tutmalı olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Görüşün tarixi ilə bağlı əlavə məlumatlar veriləcəyi vurğulanıb.

Xəbər xətti