"Liverpul" Cerrardla müqavilə yenilədi

23:22 - 15 İyul 2013

Təcrübəli yarımmüdafiəçi komandasında qaldı

 

“Liverpul” klubu kapitanı Stiven Cerrardla müqavilə yeniləyib.
 
Sportal.az xəbər verir ki, ingilis təmsilçisinin yetirməsi olan 33 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm komandasının şərəfini qoruyacaq. 
 
İmza mərasimindən sonra mətbuata açıqlama verən Cerrard bu sözləri deyib:
 
"Mənim üçün böyük bir gündür. Klubumun məni düşündüyü və burada qalmağımı istədiyi açıq-aydın ortadadı. Müqaviləmi doğru zamanda yenilədim və artıq yeni mövsümə köklənə bilərəm."

Xəbər xətti