Vyetnamlı azarkeşin "Arsenal" sevgisi 6 km-ə başa gəldi FOTO

17:06 - 16 İyul 2013

Əziyyətinin bəhrəsini görən fanat
 
İngiltərənin adlı-sanlı klublarından “Arsenal” mövsümöncəsi Asiya turu çərçivəsində Vyetnamda olub.
 
Sportal.az xəbər verir ki, futbolçular sözügedən ölkənin paytaxtı Hanoy şəhərində ekskursiyaya çıxıb. Gəzintidən sonra londonlu oyunçular məskunlaşacağı otelin yolunu tutub. Bu zaman vyetnamlı bir azarkeş klub avtobusunun dalınca qaçmağa başlayıb. O, müxtəlif maneələrə çırpılsa da, ciddi zədə almayıb və qaçmağa davam edib. Avtobusla ayaqlaşmağa çalışan fanatı görəndə avtobus dayanıb. Komandanın baş məşqçisi Arsen Venger cəsur azarkeşi avtobusa dəvət edib. Vyetnamlı fanat əziyyətinin bəhrəsini görüb. Belə ki, o, “Arsenal” futbolçuları ilə görüşüb və Mikel Arteta ilə şəkil çəkdirmək imkanı qazanıb. 
 
“Arsenal”ın rəsmi saytında verilən məlumata görə, həmin azarkeş avtobusun dalınca qaçarkən 6 km məsafə qət edib. 

Xəbər xətti