"Tvente"nin futbolçusu London klubunda
İngiltərənin “Tottenhem” klubu heyətini belçikalı futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Andre Villaş Boaşın komandası Hollandiyanın “Tvente” klubundan Naser Şadlini transfer edib. Futbolçunun meneceri məsələ ilə əlaqədar Belçika mətbuatına açıqlama verib. O, “Tottenhem”in Erdeviziya təmsilçisinə 7 milyon avro ödədiyini, oyunçunun tibbi müayinədən keçdiyini və heç bir problemin yaranmadığını deyib.
Qeyd edək ki, 23 yaşlı Şadli “Tottenhem”in Paulinyodan sonra ikinci transferidi. O, 2010-cu ildən “Tvente”də çıxış edir. Bu müddət ərzində belçikalı futbolçu 109 oyunda iştirak edib və 31 qol vurub. Onun adı bir ara “Qalatasaray”la da hallanırdı.
saytlarin hazirlanmasi