Paolo Di Kanio: "Onda bizdə hər şey yaxşı alınacaq"
“Sanderlend”in baş məşqçisi Paolo Di Kanio haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında italiyalı məşqçinin futbolçularla münasibətlərinin korlandığı və onun oyunçulara təzyiq göstərdiyi barədə xəbərlər çıxıb. Amma Di Kanio bu məlumatların hamısını təkzib edib:
“Yox, oyunçular məndən qorxmur. Mən ki onları öldürmürəm. Mən onlara məşq etmək imkanı yaradıram. Onlar da dilxor görünmürlər. Aydındır ki, futbolçular məni o qədər də çox istəmir. Mən onlara demişəm ki, məni sevmək məcburiyyətində deyilsiz. Mənə inanın və dediklərimi edin. Onda bizdə hər şey yaxşı alınacaq”.
saytlarin hazirlanmasi