Ser Aleks Fergüson Lordlar palatasından imtina etdi

18:01 - 1 Avqust 2013

Əfsanəvi məşqçi ailəsini üstün tutdu
 
Маnçester Yunayted"in keçmiş baş məşqçisi ser Aleks Fergüson Böyük Britaniyanın Lordlar palatasına daxil olmaqdan imtina edib.
 
Sportal.az xəbər verir ki, məlumatı Mirror qəzeti yayıb. Şotland MY-dan getdikdən dərhal sonra belə bir təklif alıb. Parlamentin yeni üzvləri bu gün təqdim edilməlidirlər. Ancaq keçmiş baş məşqçi bu şərəfə nail olmaqdan boyun qaçırıb. O bunu ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirib.
 
Xatırladaq ki, son mövsümdə Aleks Fergüsonun rəhbərliyi ilə "Mançester Yunayted" 20-ci dəfə çempion olub. Mütəxəssis özü isə ilin ən yaxşı məşqçisi seçilib.

Xəbər xətti