Suares "Liverpul"u məhkəməyə verir

12:44 - 3 Avqust 2013

Futbolçu başqa kluba keçmək istəyir
 
"Liverpul"un hücumçusu Luis Suares komandasını məhkəməyə verəcək.
 
Sportal.az xəbər verir ki, əgər klub onu buraxmasa futbolçu Beynəlxalq İdman məhkəməsinə şikayət edəcək.  26 yaşlı futbolçu "Arsenal"a buraxılmasını tələb edir. Londonlular 40 milyon və 1 funt sterlinq dəyərində təklif göndərmişdilər. Lakin "Liverpul" forvardı buraxmaq fikrində deyil.
 
2012-ci ildə Suares yeni müqavilə imzalayarkən müqaviləyə 40 milyondan artıq təklif gəldikdə satıla biləcəyi barədə bənd daxil edilməsini tələb etmişdi. Lakin "Liverpul" guya onu aldadaraq rəsmi şəkildə müqaviləyə belə bir bənd əlavə etməyib.

Xəbər xətti