Yovetiç: "Bura gəldiyim üçün xoşbəxtəm"
“Mançester Siti”nin yeni transferi Stefan Yovetiç komandaya gəlişindən bəhs edib.
Sportal.az xəbər verir ki, 2008-ci ildən “Fiorentina”da çıxış edən 23 yaşlı futbolçu 27 milyon avroya “Mançester Siti”yə transfer olunub. O, açıqlamasında bu kluba gəldiyi üçün xoşbəxt olduğunu dilə gətirib:
“Fiorentina”dan ayrılıb bura gəldiyim üçün xoşbəxtəm. Məni “Yuventus” da istəmişdi. Hətta menecerim ilə də görüşmüşdülər. Amma “Mançester Siti”yə gəlmək üçün “Yuventus”u rədd etdim.
Yeni komandaya uyğunlaşmağım elə də çətin olmadı. Bu komanda Nastasiç, Kolorov, Dzeko kimi oyunçulara sahibdi”.
saytlarin hazirlanmasi