"Neftçi" üç xal qazandı, "Bakı" bir xala razı oldu

00:58 - 10 Avqust 2013

"Neftçi" səfərdə "Rəvan"a qalib gəldi

 

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 2-ci tura start verilib. Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

 

AZAL doğma divarlar arasında “Bakı” ilə sülh bağlayıb. “Neftçi” isə səfərdə “Rəvan”a qalib gəlib.


Turun digər üç oyunu şənbə günü keçiriləcək.

 

Əvəzedicilərin çempionatı

2-ci tur

9 avqust

 

AZAL – Bakı – 1:1

Qollar: Aydın Qasımov, 87 - Eltun Hüseynov, 17.

 

Rəvan - Neftçi – 1:2

Qollar: Ayaz Mehdiyev, 15- Aqşin Qurbanlı, 80, Cavid Muxtarzadə, 84.

Xəbər xətti