"Arsenal"da şok: daha bir futbolçu sıradan çıxdı

14:08 - 19 Avqust 2013

Komanda itirə-itirə gedir
 
İngiltərə Premyer Liqasına məğlubiyyətlə başlayan “Arsenal”da zədə sindromu davam edir.
 
Sportal.az xəbər verir ki, “Fənərbaxça”nın Çempionlar Liqasının “play-off” mərhələsində rəqibi olan komandada daha bir futbolçu zədələnib. İngilis mətbuatında yer alan xəbərlərə görə, “Aston Villa” ilə oyunda (1:3) londonluların yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen sıradan çıxıb. Futbolçunun dizində böyük problem yarandığından o, ən azı 3 ay yaşıl meydanlardan uzaqda qalacaq. 
 
Matçdan sonra açıqlamasında “Arsenal”ın baş məşqçisi Arsen Venger “Fənərbaxça” ilə oyunöncəsi bir çox futbolçunun zədəli olmasından narahat olduğunu deyib. 
 
Qeyd edək ki, “Aston Villa” ilə oyundan sonra “Arsenal”da Çemberlenlə yanaşı, Vakari Sanya və Kiron Gibss də zədələnib. Həmçinin Çek Uilşer, Aaron Remzi, Tomas Vermalen, Naço Monreal və Mikel Arteta da zədəli futbolçular arasındadı. 

Xəbər xətti