"Bakı" "Simurq"la bacarmadı

00:49 - 24 Avqust 2013

"Simurq" dörd oyunda dörd heç-heçə
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 4-cü turun oyunları davam edir.
 
 
Sportal.az xəbər verir ki, turun ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
 
“Simurq” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Zaqatala təmsilçisi 34-cü dəqiqədə hesabı açsa da, 86-cı dəqiqədə üstünlüyü əldən verərək, qələbə həsrətinə bu dəfə də son qoya bilməyib. Maraqlıdı ki, “Simurq” ardıcıl 4-cü oyununda heç-heçə edir.
 
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.
 
 
"Simurq" – "Bakı"  1:1
Qollar: Cavad Kazımov, 34 – Mahir Mədətov, 86.

Xəbər xətti