"Xəzər Lənkəran"lı futbolçuya 2 oyunluq cəza verildi

13:55 - 3 Sentyabr 2013

"İnter"ə 500 manat cərimə
 
Bu gün Nizam-İntizam komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, 30 avqust 2013-cü il, 2013/2014 mövsümündə Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçının 49-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
 
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
 
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Qarabağ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
 
30 avqust 2013-cü il, 2013/2014 mövsümündə Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “İnter” – “Simurq” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunun 90+1-ci dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.  

Xəbər xətti