Türkiyə Rumıniyaya, İtaliya Çexiyaya qarşı YENİLƏNİR

17:28 - 10 Sentyabr 2013

İsrail Rusiyaya, İngiltərə Ukraynaya qarşı
 
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. 
 
Sportal.az xəbər verir ki, millimizin yer aldığı F qrupunda iki görüş baş tutacaq. Doğma meydanda yığma komandamızla 1:1-lik heç-heçə edən İsrail millisi Rusiyanın qonağı olacaq. Qrupun sonuncu pilləsində qərarlaşan Luksemburq yığması isə Şimali İrlandiyanı qəbul edəcək. 
 
D qrupunda Andorranı 5:0 hesabı ilə məğlub edən Türkiyə yığması Rumıniyanın qonağı olacaq. Fatih Terimin komandası rəqibi məğlub edəcəyi təqdirdə Rumıniya ilə xallarını bərabərləşdirəcək. Qonşu Gürcüstan isə İ qrupunda Finlandiya ilə münasibətlərini aydınlaşdıracaq. 
 
Qeyd edək ki, bəzi millilər isə yoldaşlıq oyunu keçirəcək.
 
DÇ-2014-ün seçmə mərhələsi: qrup oyunları
 
10 sentyabr
 
A qrupu
23:30. Makedoniya – Şotlandiya
23:45. Uels – Serbiya
 
B qrupu
21:00. Ermənistan – Danimarka
23:00. Malta – Bolqarıstan
23:45. İtaliya – Çexiya
 
C qrupu
21:00. Qazaxıstan – İsveç 
23:45. Farer adaları – Almaniya
23:45. Avstriya – İrlandiya
 
D qrupu
23:00. Rumıniya – Türkiyə
23:30. Macarıstan – Estoniya
23:00. Andorra – Hollandiya
 
E qrupu
22:00. Norveç – İsveçrə
23:30. Kipr – Sloveniya
00:00. İslandiya – Albaniya
 
F qrupu
20:00. Rusiya – İsrail 
23:15. Luksemburq – Şimali İrlandiya
 
G qrupu
20:30. Litva – Lixtenşteyn
23:15. Slovakiya – Bosniya və Hersoqovina
23:45. Yunanıstan – Latviya
 
H qrupu
23:45. San-Marino – Polşa
23:45. Ukrayna – İngiltərə
 
İ qrupu
22:00. Gürcüstan – Finlandiya
00:00. Belarus – Fransa 

Xəbər xətti