Messini Nyuton və Eynşteyn ilə birləşdirən xəstəlik FOTO

17:09 - 10 Sentyabr 2013

Futbolçu asperger sindromuna tutulub
 
“Barselona” və Argentina millisinin futbolçusu Lionel Messi autizmin yüngül forması sayılan asperger sindromuna tutulub. 
 
Sportal.az xəbər verir ki, bu barədə Braziliya futbolunun canlı əfsanəsi Romario “Twitter” şəbəkəsində yazıb: 
 
"Bilirsiniz, Lionel Messidə autizmin bir növü olan asperger sindromu var. Bu cür xəstələr isə bir sahə üzrə xüsusi konsentrasiya olunurlar. Messi də öz diqqətini futbola ayırmağı bacarıb. Nyuton və Eynşteyn də autizmdən əziyyət çəkirdilər. Güman edirəm ki, Messi bu çətinliklərin öhdəsindən gəlib möhtəşəm futbol nümayış etdirməyə davam edəcək".
 
Asperger sindromu - sosial münasibətlərdə ciddi çətinliklər, habelə maraq və məşğulluğun məhdud, stereotip repertuarı ilə xarakterizə olunduğu inkişaf pozuntusudur.

Xəbər xətti