"Neftçi"nin futbolçusunun Braziliya xəyalları suya düşdü

22:42 - 10 Sentyabr 2013

Özbəkistan DÇ-2014-ə vəsiqə qazana bilmədi

 

Bu gün DÇ-2014-ə vəsiqə qazanmaq üçün Asiya qitəsində "play-off" qarşılaşmaları oynanılıb.

Sportal.az xəbər verir ki, "Neftçi"nin şərəfini qoruyan Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan İordaniyanı qəbul edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada qalib penaltilər seriyasında bilinib. Zərbələri daha sərrast yerinə yetirən qonaqlar 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Nasimov bu matçda start heyətdə olub və 82 dəqiqə komandası üçün tər töküb.

Xəbər xətti