"Eto mənim işimə burnunu soxmağa başladı"
Qardaş Türkiyənin "Sivasspor" klubunu çalışdıran Roberto Karlos Samuel Eto və Süleyman Kərimov haqqında gözlənilməz açıqlamalar verib.
Sportal.az xəbər verir ki, Roberto Karlos: " 'Anji'dən ayrıldım çünki, Eto mənim ve Hiddinqin işinə burnunu soxmağa başladı" deyərək "Anji"dən ayrılmağının səbəblərini açıqladı:
"Anji"yə gəldiyim mövsüm komanda liqanı ilk beşlikdə tamamladi. İkinci mövsüm Etonu transfer etdik. Və mən Etonun bizə lazımlı oyunçu olduğunu rus futbolçulara izah edirdim həmişə. Lakin daha sonra Eto mənim və Hiddinqin işlərinə müdaxilə etməyə başladı. Komandadan ayrılacağımı söylədiyimdə isə heç kim inanmadı. Sonda gördüyünüz kimi ayrıldım".
Daha sonra Karlos "Kərimova əgər mən və Hiddinq getsək klubun çökəcəyini başa saldım. Suleyman nələr olacağını başa düşmədi. Əgər mən olsaydım bütün bunların heç biri olmazdı. Mən çıxandan sonra bütün oyunçular qaçdı və geriyə təcrübəsiz bir komanda qaldı. Əgər iki il içində kluba yaxşı bir məşqçi və yaxşı bir idman direktoru gəlməzsə klub tarixə qarışacaq" deyərək fikrini bildirib.
saytlarin hazirlanmasi