DÇ-2014-ün 10 iştirakçısı

15:50 - 11 Sentyabr 2013

Daha 5 ölkə mundiala vəsiqə qazandı
 
Dünən baş tutan növbəti seçmə oyunlardan sonra 2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatına vəsiqə qazanan millilərin sayı 10-a çatıb.
 
Sportal.az xəbər verir ki, məlum olduğu kimi, Braziliya turnirə ev sahibliyi etdiyi üçün birbaşa mundialda iştirak edəcək. Asiya qitəsindən 4 ölkə - İran, Yaponiya, Cənubi Koreya və Avstraliya bu hüquqa sahib olub. Bu zonada seçmə oyunlar başa çatıb.
 
Dünən isə daha 5 iştirakçı ölkənin adı məlum olub. Belə ki, Avropadan ilk olaraq Hollandiya və İtaliya, Cənubi Amerikadan Argentina, KONKAKAF zonasından isə ABŞ və Kosta-Rika DÇ-2014-ə vəsiqəni təmin edib. 

Xəbər xətti