"Onunla bir diskotekada tanış olduq"

01:00 - 12 Sentyabr 2013

Mesut Özilin sevgilisi dilə gəldi
 
 
Xəbər verdiyimiz kimi, Mesut Özilin "Real"dan "Arsenal"a transferində Aida Yespika ittiham olunub. 
 
 
Sportal.az xəbər verir ki, İspaniyanın "El Mundo Deportivo" qəzeti futbolçunun Venesualla gözəli ilə görüşmək üçün tez-tez Paris və Milana səfərlər etdiyini yazıb.
 
Hətta iddia olunub ki, bu hərəkətləri onun oyununa mənfi təsir edir.
Bütün bunlardan sonra adı hallanan Yespika dilə gəlib. 8 aydır ki, Malibuda yaşayan 31 yaşlı Venesuella gözəli İtaliyanın "Sport Mediaset" kanalına müsahibə verib. Yespika müsahibəsində Mesu Özil ilə 2 il əvvəl tanış olduğunu deyib:
"Onunla bir diskotekada tanış olduq. Madriddəki bu görüşdən sonra bir-birimizə telefon nömərələrimizi verdik. Bir gecə Mesut sürpriz bir şəkildə mənə zəng edib "Milandayam, görüşəkmi?" dedi. Həmin gecə görüşdük. Açıq-aşkar şəhərin məşhur məkanlarından birində axşam yeməyi yedik. Həmin məkanın önü həmişə paparatsilərlə dolu olur. Çox əyləndik. Yarı ingilis, yarı ispan dilində danışırdıq. Ancaq o gecədən sonra bir daha görüşmədik.
Özilin "Real"dan ayrılması ilə heç bir bağlılığımın olması mümkün deyil. Mənim üçün böyük pullar xərcləməsi ilə bağlı iddialar da yalandır. O, indi başqa bir qadınla birlikdədir və çox xoşbəxtdir. Mən də həmçinin".
Yespika Özilin onunla bir gecəlik görüşmək üçün 18 min avroya təyyarə icarəyə götürməsi ilə bağlı iddiaya "bunu mən hardan bilim" cavabını verib.

Xəbər xətti