Çexiya futbolunda qalmaqal

16:02 - 12 Sentyabr 2013

Əksər oyunçular həbs edildi
 
Bir çox ölkə futbolunda olduğu kimi, Çexiyada da danışılmış oyunların olduğu təsbit edilib.
 
Sportal.az xəbər verir ki, ölkə polisi bir çox futbolçunu oyun alverində əli olduğu iddiası ilə həbs edib. Polis təşkilatı verdiyi açıqlamada aşağı divizion klublarının bir çoxunun oyununun danışılmış olduğunu aşkar etdiklərini bildirib. Bu səbəbdən aşağı dəstə komandalarında çıxış edən bir çox oyunçu saxlanılıb. Amma saxlanılan futbolçuların adı açıqlanmayıb və məsələ ilə əlaqədar ətraflı məlumat verilməyib.
 
Qeyd edək ki, Çexiya Futbol Federasiyası mövzu ilə bağlı məlumatlarının olmadığını açıqlayıb. 

Xəbər xətti