"Qarabağ" "Rəvan"la heç-heçə etdi

18:50 - 12 Sentyabr 2013

Əvəzedicilərin çempionatında növbəti oyun baş tutub

Əvəzedici heyətlərin ölkə birinciliyində 6-cı turun daha bir oyunu keçirilib. 

Sportal.az xəbər verir ki, “Rəvan” doğma meydanda “Qarabağ”la qarşılaşıb. İlk hissədə Tural İsgəndərovun qolu ilə hesabda irəli çıxan ağdamlılar ikinci hissənin sonuna yaxın Ramazan Abbasovun bərabərlik qoluna üzülüblər. 

1:1 hesablı heç-heçə komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. 


"Rəvan" - "Qarabağ" - 1:1
Qollar:
 Tural İsgəndərov, 13-pen. (0:1), Ramazan Abbasov, 88 (1:1)

Xəbər xətti