Erməni futbolçu Azərbaycanı reklam edəcək?

01:49 - 13 Sentyabr 2013

Erməni futbolçu "Atletiko"ya keçə bilər
 
 
 
"Atletiko"da 20 günlük sınaq baxışında olan futbolçu klubun gənclərdən ibarət komandasının heyətində 3 matçda meydana çıxaraq 10 qol vurub.
 
 
Sportal.az xəbər verir ki, Avqustda yenidən Madridə yollanmış Qalstyan ikinci dəfə baxışda olub.
 
 
Onun kluba tam keçidi bu ay baş tutmalıydı. Lakin "Mika"nın mətbuat katibi Aşot Martirosyan keçidin hələ gerçəkləşmədiyini deyib.
 
"Onun transferi ilə "Mika" rəhbərliyi və atası məşğul olur. Fəqət, "Atletiko" hələ onu çağırmayıb və bir səbəb də göstərməyib. Hayk yetkinlik yaşına çatmadığından onun sənədlərinin qaydaya salınması asan proses deyil", - A.Martirosyan deyib.
 
Madrid "Atletiko"sunun futbolçuları bu ilin yanvarından bəri meydana sinələrində "Azerbaijan. Land of fire" yazısı olan futbolkalarla çıxırlar.
Yeniyetmə erməni futbolçunun 3 matçda belə futbolkada oynaması isə erməniləri çılğına döndərib.
 
Əgər H.Qalustyanın keçidi baş tutarsa, o, "Atletiko" formasında Azərbaycanı reklam edən oyunçulardan biri olacaq.
Bundan başqa, Azərbaycanla bağlı bəlli reklam və sponsor anlaşması öhdəlikləri olan "Atletiko"nun erməni futbolçunu heyətinə dəvət etməyə çalışması nə dərəcədə məntiqidir?
 
Erməni diasporunun ilkin şokdan sonra Qalustyanın transferi ilə bağlı danışıqlardan yararlanmağa çalışacaqları isə şübhəsizdir.

Xəbər xətti