I Divizion klubları və əvəzedicilər AFFA tərəfindən cəzalandırıldı

13:51 - 17 Sentyabr 2013

Komandalar müxtəlif cərimələrə məruz qaldı
 
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
 
Sportal.az xəbər verir ki, əvəzedici heyətlərin VI turunun “Rəvan” –  “Qarabağ” matçının 57-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Təmkin Xəlilzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
 
Əvəzedici heyətlərin VI turunun “Simurq” – “Sumqayıt” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
 
Azərbaycan I Divizionunun I turunun “Şuşa” – “Şahdağ” matçının 69-cu dəqiqəsində “Şuşa” klubunun 22 №-li futbolçusu Elçin Qasımov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
 
Azərbaycan I Divizionunun I turunun “Turan-T” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
 
Azərbaycan I Divizionunun I turunun MOİK – “Bakılı” matçında “Bakılı” klubunun 4, MOİK klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur.
 
Azərbaycan I Divizionunun I turunun “Ağsu” – “Kəpəz” matçının 77-ci dəqiqəsində “Ağsu” klubunun 11 №-li futbolçusu Qalib Əmrahov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
 
Azərbaycan I Divizionunun I turunun “Şəmkir” – “Mil-Muğan” matçının 24-cü dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev əllə oyuna görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur. 

Xəbər xətti