Xilaskar massajist bu dəfə antiqəhrəman oldu VİDEO

16:03 - 17 Sentyabr 2013

Həm komandası, həm də özü cəzalandı
 
Braziliyanın “Aparesidens” klubu çıxış etdiyi D divizionundan uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, komanda bundan sonra növbəti oyunlarda iştirak edə bilməyəcək. Braziliya İdman Məhkəməsi bu klubu massajistinə görə cəzalandırıb. 
 
Belə ki, “Aparesidens”in “Tupi” ilə oyununda massajist meydana daxil olaraq komandasını iki dəfə qoldan xilas edib və matçın 2:2 hesabı ilə yekunlaşmasına səbəb olub. Oyundan sonra həmin şəxs çoxsaylı ölüm təhdidləri alıb. Onun özü də hərəkətinə görə peşman olduğunu etiraf edib. Amma peşman olması heç nəyi dəyişməyib.
 
Qeyd edək ki, məhkəmə massajisti də unutmayıb. Ona 250 dollar pul cəriməsi verilib və 24 oyunluq işindən uzaqlaşdırılıb.  
 

Xəbər xətti