Mişel Platini Bakıya gəlir

11:33 - 18 Sentyabr 2013

UEFA prezidenti təməlqoyma mərasimində iştirak edəcək
 
UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək.
 
Sportal.az xəbər verir ki, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək. Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan  təlim-məşq bazasının tikintisi  UEFA-nın maliyyə dəstəyi  ilə həyata keçiriləcək.
 
Məlumat üçün bildiririk ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb. 

Xəbər xətti