"Toplu" UFK bu gün fəaliyyətə başlayır

Fərqlənən uşaqlar "Bakı" və "İnter" klublarına göndəriləcək.

 

Sportal.az xəbər verir ki, bu gün yeni uşaq məktəbi "Toplu" UFK fəaliyyətə başlayır. 

Bu futbol məktəbində 3-8 yaş arası uşaqlara ilkin futbol anlayışları öyrədiləcək. Bir müddət sonra fərqlənən uşaqlar "Bakı" və "inter" klublarına seçimlərə yollanacaq. 

 

Qeyd edək ki, bu gün açılış mərasimi saat 18:00-da  Tofiq Bəhramov adına Respublika stadionun arxasındakı qapalı meydançada baş tutacaq.