"Qəbələ" "İnter"ə şərik çıxdı

21:10 - 19 Sentyabr 2013

"Qəbələ" növbəti qələbəsini qazandı
 
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 7-ci tura start verilib.
 
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Qəbələ” doğma meydanda “Rəvan”la qarşılaşıb. Bölgə təmsilçisi iki cavabsız qolla üstün olub.
 
Əvəzedicilərin çempionatı
7-ci tur
 
 
"Qəbələ" - "Rəvan"  2:0
Qollar: Murad Musayev, 84-pen, Ehtiram Şahverdiyev, 90.

Xəbər xətti