İsgəndər Cavadovun ailəsində faciə

11:19 - 20 Sentyabr 2013

Onun ürəktutmasından dünyasını dəyişdiyi güman edilir

 

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib. Lənkəranda ezamiyyətdə olan mərhum bu səhər yuxudan oyanmayıb.

 

Onun ürəktutmasından dünyasını dəyişdiyi güman edilir. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri “apasport.az”a açıqlamasında təsdiqləyib: “Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.


Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Xəbər xətti