Təməlqoyma mərasimi keçiriləcək

12:41 - 20 Sentyabr 2013

Tədbirin başlanma saatı müəyyənləşdi
 
Xəbər verdiyimiz kimi, sentyabrın 21-də AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi təşkil olunacaq.
 
Sportal.az xəbər verir ki, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçiriləcək tədbirin saat 10:30-da başlanması nəzərdə tutulub. AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Xəbər xətti