Futbolçumuz "Mançester Yunayted" – "Sauthempton" oyununda

12:55 - 20 Sentyabr 2013

Tamerlan Rizvanov Dünya Bacarıqlar Finalında iştirak edəcək
 
"Mançester Yunayted" Futbol Məktəbinin Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmiş Tamerlan Rizvanov "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, Tamerlan Rizvanov 2013-cü il oktyabr ayının 17-dən 20-dək İngiltərənin Mançester şəhərində Aon İdman Kompleksində Dünya Bacarıqlar Finalında iştirak edəcək. O, həmçinin 2013-cü il oktyabrın 19-da da "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" – “Sauthempton” oyununu izləyəcək.

Xəbər xətti