Bakı 31 şəhərlə mübarizə aparacaq

15:20 - 20 Sentyabr 2013

UEFA Bakının namizədliyini təsdiqlədi
 
UEFA İcraiyyə Komitəsi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün namizəd olan şəhərlərin siyahısını təsdiqləyib.  
 
Sportal.az xəbər verir ki,  AÇ-2020-nin oyunlarına ev sahibliyində 32 milli assosiasiya maraqlıdı.  Onların arasında Azərbaycanın paytaxtı Bakı da var. Digər namzədlər isə aşağıdakılardı:  İngiltərə (London), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münhen), Yunanıstan (Afina), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Niderland (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Portu), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uels (Kardiff), Finlandiya (Helsinki), Fransa (Lion), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), İsveçrə (Bazel), İsveç (Solna), Şotlandiya (Qlazqo), Ermənistan (Yerevan). Qeyd edək ki, UEFA 2013-cü ilin yanvar ayında AÇ-2020-nin oyunlarının Avropanın 13 şəhərində keçirilməsi barədə qərar çıxarıb. Qitə birinciliyinin oyunları da məhz şəhərlərin sayına uyğun olaraq 13 paketə bölünəcək. 12 paketdə qrup mərhələsinin üç oyunu və pley-off mərhələsinin (1/8 və ya 1/4 final) oyunlarından biri yer alacaq. Digər bir biletdə isə yalnız yarımfinal və final mərhələsinin oyunları yer almalıdı.

Xəbər xətti