AFFA "Bakı"lıları bağışlamadı

17:07 - 20 Sentyabr 2013

Verilən qərarlar dəyişmədi
 
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda  “Bakı”nın futbolçusu Cavid Hüseynov və klubun baş meneceri Zeynal Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı müraciətlərinə baxılıb. Müzakirələrdən sonra qərara alınıb:
 
1. “Bakı” FK-nın futbolçusu Cavid Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Bakı” FK-nın baş meneceri Zeynal Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.  

Xəbər xətti