"Simurq" "Qarabağ"ı darmadağın etdi

23:45 - 20 Sentyabr 2013

"İnter" liderliyi geri qaytardı
 
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 7-ci turun daha üç oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, “İnter” “Bakı” üzərində inamlı qələbə qazanaraq yenidən liderliyini bərpa edib.
 
“Qarabağ” evdə “Simurq”la oyunda darmadağına məruz qalıb. “Neftçi” isə “Sumqayıt” üzərində qələbəyə sevinib.
 
Əvəzedicilərin çempionatı
7-ci tur
 
 
"Qarabağ" – "Simurq" – 1:4
Qollar: Emin Əliyev, 87 - Oruc Balaşlı, 43; 57, Ziyabil Məmmədov, 65, Elnur Səmədov, 90+3.
 
"İnter" – "Bakı" – 3:1
Qollar: Nurxan Mənsimzadə, 3, Mirsahib Abbasov, 26, Ramil Mansurov, 50 - Raul Yaqubzadə, 73.
 
"Neftçi" – "Sumqayıt" – 2:1
Qollar: Aqşin Qurbanlı, 69, Cavid Muxtarzadə, 79 - Bayram Nuruzadə, 54.

Xəbər xətti