Platini Azərbaycanın sərvətlərindən danışdı

12:51 - 21 Sentyabr 2013

"İlham Əliyev yaxşı azərbaycanlı futbolçular görmək istəyir"
 
 
“UEFA prezidenti olmaq həmişə çətindir. Burda olmağımla qürur duyuram".
 
Sportal.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Mişel Platini deyib. UEFA prezidenti AFFA Futbol akademiyasının ərazisində Azərbaycanın müxtəlif yığmaları üçün inşa ediləcək təlim-məşq bazasının inşasında ilk daşın qoyulması mərasimində iştirak üçün Bakıya səfəri haqda danışıb.
 
“UEFA həmişə milli federasiyalara yardım edir. Bunların bəziləri Azərbaycanla müqayisədə daha artıq köməyə ehtiyac duyur. Axı onların sizin kimi neft və qaz sərvətləri yoxdur. Ancaq biz, hamıya yardım etməyə çalışırıq. AFFA-nı gördüyü işlə əlaqədar təbrik etmək istəyirəm. Biz bir çox yeni stadionlar gördük. Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı yeni yaxşı azərbaycanlı futbolçular görmək istədiyini dedi. Bu, onların yetişməsinə kömək edəcək”, deyə Platini bildirib.
 

Xəbər xətti