Mişel Platini İlham Əliyevin qəbulunda FOTOLAR

13:31 - 21 Sentyabr 2013

Prezidentimiz UEFA başqanını qəbul etdi
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.
 
Sportal.az "Azertac"a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi qeyd olunub, müasir idman infrastrukturunun yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığa, ölkəmizdə futbolun inkişafı istiqamətində islahatların aparılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
 
 
 

Xəbər xətti