14 futbolçuya ömürlük, 7-nə isə 18 aylıq cəza

14:08 - 21 Sentyabr 2013

Oyunçulara sərt cəzalar
 
Salvador Futbol Federasiyası 14 futbolçunu ömürlük futboldan məhrum edib.
 
Sportal.az xəbər verir ki, danışılmış oyunlarda iştiraka görə əvvəlcə 22 salvadorlu oyunçu istintaqa cəlb olunub. İstintaq zamanı saxlanılan futbolçuların demək olar ki, hamısının günahı sübuta yetirilib. Bu barədə federasiya prezidenti Karlos Mendes danışıb. 22 oyunçudan 14-ü ömürlük, 7-si isə 20 gündən 18 aya qədər futboldan uzaqlaşdırılıb. Digər futbolçunun isə günahsız olduğu üzə çıxıb.  

Xəbər xətti