Azarkeşini polisin əlindən alan baş məşqçi cəzalanır VİDEO

17:11 - 23 Sentyabr 2013

Xorxe Xesus polisə müqavimət göstərdi
 
“Benfika”nın baş məşqçisi Xorxe Xesus etdiyi hərəkətlə bütün diqqətləri üzərinə cəmləməyi bacarıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis klub azarkeşinin polis tərəfindən döyülməsinə biganə qala bilməyib. Belə ki, Portuqaliya çempionatının V turu çərçivəsində baş tutan “Vitoria Qimaraynş” – “Benfika” oyununda qonaqların azarkeşi komandasının qələbəsini qeyd etmək üçün meydana daxil olub. Amma fanatın bu hərəkəti polisin xoşuna gəlməyib. Polisin uzaqlaşdırmaq istədiyi fanatın köməyinə Xorxe Xesus çatıb. Amma baş məşqçinin bu reaksiyası cavabsız qalmayacaq. Çünki polisə müqavimət göstərdiyinə görə, onu ağır cəza gözləyir. Ona 3 aydan 3 ilə qədər məşqçilik karyerasından uzaqlaşdırılma cəzası verilə bilər. 
 
Qeyd edək ki, həmin görüşdə “Benfika” 0:1 hesabı ilə qalib gəlib. Komandanın yeganə qoluna 73-cü dəqiqədə Oskar Kardoza imza atıb. 
 

Xəbər xətti