Millinin oyunlarına bilet satışı davam edir FOTOLAR

12:12 - 24 Sentyabr 2013

Biletlər güzəştli şərtlərlə satılır
 
Sentyabrın 20-dən etibarən AFFA yeni kampaniyaya start verib.
 
Sportal.az xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək çünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu  -   oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçirəcək. Bu qarşılaşmalar üçün satılan biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq  10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya)  bilet əldə etmək hüququ qazanacaq.  Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq 
 
Qeyd edək ki, biletləri "Bakcell Arena"nın kassalarından,  Park Bulvar Alış-Veriş və 28 Mall Ticarət Mərkəzlərindən ala bilərsiniz. 
 
 

Xəbər xətti